Rusiya ilə İsrail arasında Holokost gərginliyibackend

Rusiya ilə İsrail arasında Holokost gərginliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İsrailin Moskvadakı səfiri Simona Halperini Xarici İşlər Nazirliyinə çağırıb. O, qəzetə müsahibəsində Beynəlxalq Holokostu Anma Gününün Rusiyada rəsmən elan olunmamasını şərh edib.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya qəzetlərindən birinə müsahibəsində Rusiyada Beynəlxalq Holokostu Anma Gününün rəsmi olaraq elan edilmədiyini bildirərək bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Təxminən saat yarım nazirlik binasında qalan Halperin heç bir izahat vermədən nazirliyi tərk edib.

Məsələ ilə bağlı dünən açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi İsrail səfirinə reaksiya göstərərək, İsrail səfiri müsahibəsində Rusiyaya qarşı qəbuledilməz və təxribat xarakterli açıqlamalar verib.