“İndi Ukrayna Rusiya üçün düşmən ölkədir”.
TİA.AZ xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti, rəsmi Kiyevin Donbasda vəziyyətin nizamlanması üzrə Təmas Qrupundakı nümayəndəsi Leonid Kravçuk bildirib. Sabiq prezident bildirib ki, Ukraynadan fərqli olaraq Belarus Rusiyanın köləsidir.
“Soljenitsının dediyi kimi, Rusiyanın heç bir dostu yoxdur, ya düşməni var, ya da köləsi. Bu gün düşmən Ukraynadır, kölə isə Belarusdur. Bu, göz qabağındadır”, – deyə keçmiş prezident vurğulayıb.
O əlavə edib ki, Qərb liderləri ilə apardığı bütün danışıqlarda onlar tez-tez Moskvanın buna necə baxacağını soruşublar: “Yalnız son bir neçə ayda ABŞ və Qərbə aydın olub ki, Rusiya ilə danışıq aparmaq mümkün deyil”.