Bu gün Rusiyaya aid Su-34 qırıcısı Suriyanın İdlib bölgəsini bombalayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda vurğulanır ki, rus qırıcısı İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına 3 dəfə hava hücumu edib.
Nəticədə 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin isə yaralanıb.