Rusiya hərbi əsirlərdən ibarət batalyon yaradır

Rusiya hərbi əsirlərdən ibarət batalyon yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyət orqanları ukraynalı hərbi əsirlərdən ibarət ayrıca batalyon yaradır.

“AzPolitika” xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.

Əldə olan məlumata görə, əsirlər hədə-qorxu və ölümlə təhdid edilərək batalyona qoşulmağa məcbur edilir. İşğalçılar bu yolla ukraynalı əsgərlərin guya könüllü olaraq işğalçı tərəfə keçmələrinin “təbliğat mənzərəsini” yaratmağı planlaşdırır.

Ukraynalı əsirlərin “top əti” kimi istifadə edilməklə cəbhənin ən təhlükəli bölgələrinə göndərilməsi planlaşdırılır.

Müharibə əsirlərinin döyüşdə onların iradəsi əleyhinə istifadə edilməsi Cenevrə Konvensiyalarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Ukrayna tərəfi hələlik bu xəbərləri rəsmi şəkildə şərh etməyib, lakin əvvəllər dəfələrlə dünya ictimaiyyətini Rusiyanın hərbi cinayətlərini qeydə almağa çağırıb.