Rusiya hərbi qulluqçuları Belarusdakı təlimlər başa çatdıqdan sonra daimi dislokasiya məntəqələrinə qayıtmağa başlayacaqlar.
TİA.AZ xəbər verir ki, bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, Cənub və Qərb hərbi dairələrinin bölmələri artıq maşınlara yüklənməyə başlayıb və çərşənbə axşamı yola düşəcəklər.
Əlavə edirik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbçilərin qarnizonlara qayıtması ilə bağlı bəyanatından sonra rus rublu möhkəmlənməyə başlayıb. Birja da artımla reaksiya verib. Bundan əlavə, neft qiymətləri ucuzlaşmağa başlayıb ki, bu da son günlər Ukrayna ətrafında geosiyasi gərginliyin artması və Rusiya qoşunlarının bu ölkə ərazisini işğal etməsi riskləri fonunda sıçrayış göstərib.