Rusiya-Gürcüstan danışıqlarında qalmaqal: Masanı tərk etdilər

Rusiya-Gürcüstan danışıqlarında qalmaqal: Masanı tərk etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Gürcüstan arasında Cenevrədə keçirilən beynəlxalq danışıqların 58-ci raundu nəticəsiz başa çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə destruktiv mövqe nümayiş etdirən Rusiya nümayəndə heyəti danışıqlar masasını vaxtından əvvəl tərk edib.

“Qaçqınların qaytarılması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti məhz bu məsələ müzakirə edilərkən masasını tərk etməkdə davam edir.

Mövzunun aktuallığına baxmayaraq, Rusiyadan müsbət siqnallar yoxdur. Bu məsələ ilə bağlı müzakirələrin başlanğıcında Rusiya nümayəndələri təəssüf ki, yenə destruktiv mövqe nümayiş etdirdilər”, – Darsaliya bildirib.(publika)