“Ermənistan alətə çevrilib və ABŞ onu forpost kimi istifadə edir. Paşinyan bilməlidir ki, bu siyasət ölkəsinə fəlakət gətirəcək. Çünki Rusiyadan üz çevirmək İrəvana baha başa gələcək. Ermənistan hər şeyə görə Rusiyaya minnətdar olmalıdır”.
Bu sözləri Qərb-Rusiya arasında iki stulda oynayan Paşinyanla bağlı siyasi ekspert Fuad Əliyev Tribunainfo.az-a deyib. Onun qənaətinə görə, Ermənistan dövlət kimi Rusiyanın təbəəsi olub, indi bu ölkənin üzünü Qərbə çevirməsi qəbul olunmur: “Paşinyan hakimiyyətdə müvəqqətidir. Onun davranışları vətəndaş müharibəsinə gətirib çıxara bilər. Əgər Avropa və Amerikanı sərhədlərə yerləşdirməyə davam edəcəksə, Rusiya onu ağır şəkildə cəzalandıracaq”.
Roman