Rusiya Ermənistandan niyə belə gedir? – Təhlil

Rusiya Ermənistandan niyə belə gedir? – Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus sərhədçiləri Ermənistan-İran sərhədindəki Aqarak sərhəd-keçid məntəqəsini tərk ediblər. Bu, regiondakı sərhəd nəzarəti əməliyyatlarında mühüm dəyişiklik olduğunu göstərir. Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook-da elan edib ki, dekabrın 30-dan etibarən Aqarak məntəqəsinə tam məsuliyyət Ermənistan sərhədçilərinə keçib.
Paşinyan vurğulayıb ki, Rus sərhədçiləri Ermənistanın Sovet İttifaqından müstəqillik əldə etdiyi 1991-ci ildən bəri Aqarakda yerləşdirilmişdi. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu məntəqə Ermənistan-İran sərhədindəki yeganə rəsmi keçid nöqtəsidir.
Tribunainfo.az-a danışan ekspertlərin fikrincə, Rusiya mövqelərini itirə-itirə gedir. Təhlilçilər baş verənləri Ukrayna münaqişəsinin əlamətləri sayır. Rusiyanın Zvartnots aeroportundan gedişinin ardınca İranla sərhəddən də çıxması göstərir ki, Ermənistanda hərbi təsirləri azaldılır. Ekspertlər əmindirlər ki, analoji qərar Ermənistanın Türkiyə sərhədi istiqamətində olacaq. Amma bunun üçün sərhədlər açılmalıdır. Hazırda Rusiya Gümrüdə hərbi baza saxlayır. Müqavilə 2044-ci ilə qədər qüvvədədir. Rusiyanın müharibəyə görə strateji mövqelərinin zəifləməsi fonunda rus bazası Gümrüdən vaxtından tez gedə bilər. Analitiklərə görə, Rusiya Ermənistan kimi vassalını Qərbə təhvil verməyə başlayıb və bu da Paşinyan hökumətinin addımları üzündən olub.
Rus qüvvələrinin çıxarılması İrəvan və Moskva arasında oktyabr ayında, Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirdiyi görüşdən sonra açıqlanan razılaşmaya əsaslanır. Bu addım, həmçinin, iyul ayında Rus sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını tərk etməsi ilə nəticələnən prosesin davamıdır. Rus sərhədçiləri burada 1992-ci ildən bəri fəaliyyət göstərirdilər.

Siyasət şöbəsi