Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar verəcək. Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar verəcək.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə Hərbi-Texniki Avadanlıq üzrə federal Xidmətin direktoru Dmitri Şuqay deyib.
Onun sözlərinə görə, KTMT ölkələrinə müdafiə sistemləri və vertolyotlar çatdırılacaq.
Rusiya Hava-kosmik güclərinin baş komandanı Viktor Bondaryev isə bildirib ki, Qazaxıstana, Tacikistana zenit-raket kompleksləri, Qırğısıztana müdafiə sisteminin müasir texnikasını, Tacikistana aviasiya və zenit-raket kompleksi, Ermənistana və Belarusa hava hücumundan müdafiə sistemləri veriləcək.