Rusiya Ermənistana silah göndərir, Bakı nota verməlidir – Natiq Cəfərlibackend

Rusiya Ermənistana silah göndərir, Bakı nota verməlidir – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bu il Ermənistana 500 mln. dollar dəyərində silah-sursat verəcək, silahların ilk hissəsi artıq İrəvana çatdırılıb, özü də müdafiə yox məhz hücum silahları, “Smerç” raketləri göndəriblər. Rusiyanın özü Şimali Koreyadan, İrandan silah dilənir, Ukraynaya təcavüzünə görə hər gülləyə, raketə ehtiyacı var, amma Ermənistana yarım milyard dollarlıq silah göndərəcək – bunun adı nədir?! Bəs deyirdilər ki, Ermənistan Rusiyadan qopdu-qopacaq, Qərbə inteqrasiya oldu-olacaq – ilk gündən bunun yalan olduğunu, Kremillə birgə oyun qurduqlarını yazmışdıq. Qərbin bəzi dairələri ya həqiqətləri görmür, ya da özünü görməməzliyə vurub daha da özünü nüfuzdan salır. Halbuki, Rusiyanı Cənubi Qafqazda urvatsız edən məhz Azərbaycanın addımları oldu, Kreml bölgədə zəiflədi, NATO dövləti olan Türkiyə, Bakının atdığı addımlar nəticəsində bölgədə ciddi oyunçuya çevrildi.

Tribunainfo.az yazır ki, bu fikirlərlə REAL Partiyasının üzvü Natiq Cəfərli çıxış edib. O bildirib ki, Qərbə haqlı səbəblərə görə diş qıcıyan, ağzından çıxanı deyən rəsmilər Rusiyanın Ermənistanı silahlandırdığına da sərt mövqe nümayiş etdirməli, Rusiya tərəfinə rəsmi etiraz bildirməlidir:

“Görünən odur ki, Cənubi Qafqazda sülhü heç kim istəmir, ən böyük təhlükə də məhz budur – Rusiya sülh olacaqsa daha da zəifləyəcəyini, hər iki ölkəyə olan-qalan təsir rıçaqlarını itirəcəyini bilir, ona görə də sülhdə maraqlı deyil, Fransa və bəzi Qərb ölkələri isə ya ağılsız, ya da elə Rusiya ilə əvvəldən əlbir olduqlarına görə sülhə maneələr yaradırlar. Görünən odur ki, dayanıqlı sülhdə Türkiyədən başqa heç bir xarici ölkənin marağı yoxdur.
Bu məqamda Azərbaycan və Ermənsitan rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür – bütün maneələrə rəğmən sülh danışıqlarını dərinləşdirməyə cəhdləri davam etdirməli, sülhə aparan yolda ilkin razılaşma protokollarını imzalamalıdırlar.

Dünya çox qarışıb, hətta daha çox qarışacaq, dünya manyak liderlərin girovuna çevrilib, siyasət institutunun, beynəlxaql hüququn məhv olduğu günlər yaşayırıq, belə bir məqamda Cənubi Qafqazda sülhün bərqərar olması çox vacibdir, bölgəmizi ciddi təhdidlərdən kənarda tutmaq lazımdır”.