RUSİYA ƏRAZİSİNƏ HÜCUM ETDİLƏR – FABRİK YANIR

RUSİYA ƏRAZİSİNƏ HÜCUM ETDİLƏR – FABRİK YANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Kursk vilayətində partlayış baş verib, bundan sonra Bel-Pol tekstil fabrikində yanğın başlayıb.

Tribunainfo.az-ın xəbərinə görə, dron rabitə qülləsini dağıtmağa çalışıb, lakin onu vurduqdan sonra müəssisənin inzibati binasının üzərinə düşüb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, daha sonra yanğın anbara keçib.

Yanğının sahəsinin 2000 kvadratmetr olduğu qeyd edilir.

Yanğının söndürülməsinə 40-dan çox canlı qüvvə və 10 texnika cəlb olunub.
Tələfat olmayıb və səhər saatlarında yanğının qarşısı alınıb.