backend

Rusiya: ən çox harada cinayət törədilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 2017-ci ilin ilk yarısında törədilmiş cinayətlərin statistikası açıqlanıb.
 

Rusiyada 2017-ci ilin ilk yarısında törədilmiş cinayətlərin statistikası açıqlanıb. Novator.az-ın məlumatına görə, Rusiya Baş Prokurorluğu sentyabrın 25-də bəyan edib ki, ən çox cinayət paytaxt Moskvada törədilib. Bu ilin yanvar-iyun aylarında paytaxtda 72 min cinayətin qeydə alındığı bildirilir.

Qara reytinq cədvəlinin ikinci pilləsində Moskva vilayəti dayanır: 6 ayda 41 min 500 cinayət hadisəsi baş verib.

Cinayət sayına görə Krasnodar diyarı (33,5 min cinayət) üçüncüdür.

Dördüncü və beşinci yerləri Çelyabinsk vilayəti və Başqırdıstan bölüşür.

Ən kriminal bölgələrin ilk onluğunda Rostov, Tümen, Sverdlovsk, Kemerovo vilayətləri və Tatarıstan da yer alır.

Ölkədə 2017-ci ilin ilk 6 ayında ümumilikdə 1 milyondan çox cinayət törədilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 12,9% azdır.