Rusiyanı “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində Yuliya Samoylova təmsil edəcək.
Rusiyanı “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində Yuliya Samoylova təmsil edəcək.
TİA.AZ-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Yuliya Samoylova ölkəni Kiyevdə təşkil olunacaq yarışmada “Layt” mahnısı ilə təmsil edəcək.
27 yaşlı Yuliya Samoylova uşaq yaşlarından əlil arabasında gəzir. O, I qrup əlilidir.
Qeyd edək ki, “Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.