Rusiya düşdüyü ağır durumdan çıxa bilmir – Politoloqbackend

Rusiya düşdüyü ağır durumdan çıxa bilmir – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilişib və hazırda Kremlin indiki ağır vəziyyətdən neçə cıxacağına dair aydın təsəvvürü yoxdur.

Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verməmişdən öncə köməkçilərinə, müşavirlərinə və nazirlərinə mümkün ssenarilər barədə hesabat hazırlamaq tapşırığı verməyib. Ona görə də indi vəziyyətdən çıxa bilmir:

“Müharibənin uzanacağı halda bunun Rusiya üçün hansı fəsadlar yaradacağı proqnozlaşdırılmayıb. Kremlin yeganə yanlış ssenarisi o olub ki, bir həftəyə qoşunlar Kiyevə daxil olacaq və Ukraynada Moskvaya tabe olacaq hakimiyyət qurulacaq. Görünür, Kremli 2008-ci ildə bir neçə günün içərisində Gürcüstan müharibəsində qazandığı uğur və 2014-cü ildə bir güllə atmadan Krımın ilhaqı kefləndirib. Elə biliblər ki, Ukraynanın qalan hissəsini də asanlıqla özlərinə tabe etdirəcəklər”.

Roman