“Rusiya dünya üçün əsas təhdiddir” – ABŞ-ın vitse-prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Maykl Pens dünya üçün üç əsas təhdidi açıqlayıb. 
 

ABŞ-ın vitse-prezidenti Maykl Pens dünya üçün üç əsas təhdidi açıqlayıb. 

AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Montoneqronun NATO-ya üzvlüklə bağlı mərasimdən sonra Pens bəyan edib ki, Rusiya, İran və beynəlxalq terrorizm beynəlxalq birliyə əsas təhdiddir: “Dünya bu gün 25 il əvvəl baş verən kommunizmin çökməsindən sonra yaranan vəziyyətdən də daha təhlükəlidir”.

ABŞ-ın vitse-prezidenti Şimali Atlantika Şurasının üzvlərinə, həmçinin Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən də danışıb. Pens, əlavə edib ki, ABŞ-ın əsas hədəfi NATO-nun daha da güclənməsi olmalıdır: “Güclü alyans – xüsusilə bu asan olmayan vaxtlarda həyatı əhəmiyyət malikdir”.

Onun sözlərinə görə, rəsmi Vaşinqton öz tərəfdaşlıq öhdəliklərini yerinə yetirməyə hazırdır və alyansın bir üzvünə hücumun, bütün üzlərə hücum anlamına gəlməsi prinsipinə sadiqdir.