Rusiya Federasiyası hökuməti Norveçi Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib.
Tribunainfo.az xəbər verir ki, Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında qeyd edildiyi kimi, qərar dost olmayan ölkələrin Rusiya ərazisindəki səfirliklərdə, konsulluqlarda, dövlət orqanlarının nümayəndəliklərində və dövlət qurumlarında işləmək imkanlarına tam qadağa qoyulmasına qədər məhdudiyyətləri nəzərdə tutur.
2021-ci ilin mayında ABŞ və Çexiyanın , 2022-ci ilin iyulunda isə Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub.
Təsdiq edilmiş siyahı yekun deyil və xarici ölkələrin Rusiyanın xaricdəki nümayəndəliklərinə qarşı davam edən düşmənçilik hərəkətləri nəzərə alınmaqla genişləndirilə bilər.