RUSİYA DONETSKİ RAKETLƏ VURDU: ÖLƏNLƏR VAR

RUSİYA DONETSKİ RAKETLƏ VURDU: ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Pokrovsk şəhərinə raket hücumu nəticəsində 5 nəfərin öldüyünü bildirib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Klimenko Telegram kanalında yazdığı yazıda Rusiyanın Donetsk vilayətinin Pokrovsk şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Axtarış-xilasetmə qruplarının hadisə yerində lazımi işləri davam etdirdiyini qeyd edən Klimenko, “Hücum zamanı 5 nəfər həyatını itirdi, 19-u polis, 5-i Fövqəladə Hallar Xidməti, 1-i uşaq olmaqla 31 nəfər yaralandı” deyib.