Rusiya Dnepr şəhərində də qətliam törətdi

Rusiya Dnepr şəhərində də qətliam törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 16-da axşam saatlarında Rusiya pilotsuz təyyarəsinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində, biri uşaq olmaqla, 3 nəfər həlak olub.

Tribunainfo.az  bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb .

“Ruslar, 1-i uşaq olmaqla, 3 nəfərin həyatına son qoyub. İlkin hesablamalara görə, 4-ü uşaq olmaqla, 28 nəfər yaralanıb”, – məlumatda deyilir.

Zərbə nəticəsində təcili yardım xidmətinin binasına, evlərə, tələbə yataqxanalarına, təhsil müəssisələrinin binalarına, qida emalı obyektlərinə və avtomobillərə ziyan dəyib. PUA-nın hücumu şəhərdə bir neçə yanğına səbəb olub, yanğınlar söndürülüb.