Rusiya-Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib

Rusiya-Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özbəkistan Hava Yolları”nın Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib və sərnişinlər Rusiyada qalıb.

Tribunainfo.az  xəbər verir ki, bu haqda aviaşirkətin teleqram kanalında məlumat verilib.

“Martın 5-də “Boeing 767-300” təyyarəsi Moskvanın Vnukovo hava limanından Daşkəndə uçmalı idi, lakin uçuş texniki səbəblərə görə ləğv edildi”, – məlumatda qeyd olunub.

Aviaşirkət martın 5-i və 6-da reys iştirakçılarını alternativ reyslərlə təyinat yerinə daşıyacağını vəd edib.