Ermənistan danışıqlar prosesindən uzaq dayanırsa, Rusiyanın özü də danışıqlar prosesini bir növ tormozlayırsa, üstəlik də qarşı tərəf, yəni Ermənistana son günün ərzində 3 milyard dollara yaxın qarşılıqsız silah yardımı edibsə, bu Moskvanın Cənubi Qafqazdakı planlarından xəbər verir.

Bu sözləri TİA.AZ-a Rusiyanın Dağlıq Qarabağla bağlı Ermənistana təzyiq etmək istəməməsi və ÜAK ətrafındakı son olaylarda Bakıya təzyiqlər yönəltməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
“Moskvanın planları haqqında dünya mətbuatı da yazır. Açıq-aşkar bildirirlər ki, Moskva Cənubi Qafqazda müharibəni alovlandırmaq istəyir. Həm də öz qoşunlarını erməni qoşunları ilə birləşdirdikdən və komandanlığı da ermənilərə devr etdikdən sonra ermənilər daha da hərbi ritorikanı gücləndiriblər. Buna görə də Rusiyanın Cənubi Qafqazda maraqları müharibəni yenidən alovlandırmaqdır”.
Dağlıq Qarabağa görə Rusiyanın Türkiyə ilə münasibətinin pozulacağı məsələsinə gəldikdə isə, politoloq deyir ki, bunu indidən demək çətindir: “Çünki Türkiyə prezidentinin Soçi görüşündə Dağlıq Qarabağ problemi müzakirə edilmədi. Müzakirə edilməməsi də onu göstərir ki, Türkiyədə bu məsələyə bir qədər biganəlik yaranıbdır. Doğrudur, bu yaxınlarda Türkiyə Gürcüstan və Azərbaycan haqqında tədbir keçirmişdir. Bu, müsbət haldır. Amma hər halda Rusiya yenə də Ukraynada Gurcüstana qarşı etdikləri hərəkətləri etməkdən çəkinmir. Amma Azərbaycanla bağlı məsələlərdə kifayət qədər mürəkkəb olacaq və Rusiyanın başına çox ciddi bəlalar gətirəcək”.
İlahə Cəfərli