Rusiya bunları Ermənistana geri qaytarır

Rusiya bunları Ermənistana geri qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ermənistan və Qırğızıstanda “Mir” kartlarının fəaliyyətini bərpa etməyə çalışır, onlar Qərbin dəhşətli, ağır təzyiqi altındadır”.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (BEF) çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri “dünya ilə qarşılıqlı əlaqədə müxtəlif zəif nöqtələr tapmağa çalışırlar”.

“Ona görə də bu ağrılı yerə ayaq basırlar. Baxaq, hələ də ən yaxşı gözləntilərimiz var”, – Pankin bildirib.