RUSİYA BMT-Nİ RƏDD ETDİ – MOSKVA GÜNAHLANDIRILDI

RUSİYA BMT-Nİ RƏDD ETDİ – MOSKVA GÜNAHLANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Ukraynadakı humanitar məsələlər üzrə koordinatoru Denis Braun bəyan edib ki, Rusiya beynəlxalq təşkilata Kaxovskaya su elektrik stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş ərazilərə giriş icazəsi verməkdən imtina edib.

Tribunainfo.az xəbər verir ki, Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etməyə çağırıb.

“Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə daxil olmaq tələbimizi rədd edib. BMT lazımi girişin əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Ehtiyacı olan insanlara yardım göstərməkdən imtina etmək mümkün deyil”, – deyə Birləşmiş Millətlər Təşkilatının yaydığı press-relizdə deyilir.

Xatırladaq ki, Kaxovskaya SES iyunun 6-da dağıdılıb. Su Dnepr çayının hər iki sahilindəki yaşayış məntəqələrini basdı, bir çox binaları dağıdıb və insanların kütləvi təxliyəsinə səbəb oldu.