“Rusiya biznesi yarıyadək çöküb…” – “Xərclər artıb, gəlir kəskin azalıb”backend

“Rusiya biznesi yarıyadək çöküb…” – “Xərclər artıb, gəlir kəskin azalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2022-ci ilin ikinci yarısında Rusiyanın iri və orta şirkətlərinin gəlirləri illik göstəricidə 45.4 faiz səviyyəsində çöküb. Bu düşüş 2020-ci ilin birinci yarısında pandemiya səbəbindən müəssisələrin bağlanmasından sonra qeydə alınan rekord göstəricidir”.

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı hansısa beynəlxalq maliyyə təşkilatı deyil, Rusiyanın özündə fəaliyyət göstərən “FinExpertiza” yayıb. Təşkilat hesab edir ki, bu, Rusiya biznesinin yarıbayarı çöküşü deməkdir. Maraqlıdır ki, bu hesabatı hətta Kremlə yaxın “RİA-Novosti” də yayımlayıb.

Hesabatda daha sonra qeyd olunur ki, Ukraynadakı müharibə və sanksiyalar səbəbindən Rusiya biznesi 2022-ci ildə azı 3.7 trilyon rubl gəlir itirib. Bildirilir ki, itkilər bütün sahələri əhatə etsə də, ən böyük itkilər topdan və pərakəndə ticarətdə, eləcə də faydalı qazıntıların istismarı sahəsindədir.

Rusiyalı ekspertlər qeyd edirlər ki, ötən ilin 9 ayında biznesin xərcləri sanksiyalar, məhdudiyyətlər, nəqliyyatdakı xərclərin artması, inflyasiya və digər səbəblərdən 18.9 trilyon rubl artıb ki, bu da onun gəlirlərini kəskin şəkildə azaldıb.