“Rusiya bizim silahları HƏMAS-a ötürüb” – Budanov

“Rusiya bizim silahları HƏMAS-a ötürüb” – Budanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Bizdə dəqiq informasiya var ki, Rusiya Ukraynada qənimət kimi ələ keçirdiyi piyada silahlarını HƏMAS-a ötürüb».

“AzPolitika.info” xəbər verir ki, bunu «Ukrainskaya Pravda» nəşrinə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya kəşfiyyatı zirehli texnikanı vuran dronlarla da HƏMAS-a yardım edib.

QUR rəhbəri hesab edir ki, Rusiya tərəfi hadisələrin gedişatında Ukraynaya etimadı sarsıtmaq məqsədi güdüb.

«Bizdə «Hizbullah»a da nələrinsə verildiyinə dair məlumatlar var, amma dəqiq informasiya yoxdur» — deyə Budanov əlavə edir.

Budanov hesab edir ki, İsrail-HƏMAS münaqişəsi tez bitərsə, bu, Ukraynada gedən müharibəyə tədir etməyəcək.

«Lakin indi dünya üzərində «qlobal müharibə» təhdidi var», — deyə baş idarə rəisi əlavə edib.