Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 2,3% (və ya 14 milyard ABŞ dolları) azalaraq 29 aprel tarixinə 593,1 milyard ABŞ dolları təşkil edib.
TİA.AZ bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
Qeyd edək ki, aprelin 22-nə olan vəziyyətə görə, Rusiyanın beynəlxalq ehtiyatları 607,1 milyard ABŞ dolları təşkil etmişdi.