RUSİYA BALTİK DƏNİZİNDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

RUSİYA BALTİK DƏNİZİNDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya donanması Baltik dənizində 50-dən çox gəmi və 30 təyyarənin iştirak etdiyi dəniz təliminə başlayıb.

Tribunainfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir: “Baltik dənizində “Okean Qalxanı-2023” hərbi dəniz təlimləri başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, təlimlərə Baltik Donanmasının 30-dan çox gəmi və kater, 20 yardımçı gəmi və 30 təyyarə ilə birlikdə hərbi hazırlıq təlimlərində iştirak edən gəmiləri cəlb olunacaq.

Təlimlərə 6 min donanma hərbçisi cəlb olunub. Təlimlər zamanı Hərbi Dəniz Qüvvələri dəniz zolaqlarının qorunması, qoşunların və hərbi yüklərin daşınması və sahil zolağının müdafiəsi üzrə məşq edəcək.

Rusiyanın Baltik dənizində hərbi dəniz təlimləri çox vaxt ABŞ-ın rəhbərlik etdiyi NATO-nun bölgədəki təlimlərinə cavabdır.

Bu təlimlər Ukrayna ilə müharibə və Kiyevin avropalı dəstəkçiləri ilə gərginliyin artması fonunda keçirilir.