“Vaşinqtonda imzalanmış sənədlər sülh kontekstində irəliyə doğru atılan addımdır. Lakin bu, o demək deyil ki, hər şey çox yaxşıdır və bitib”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni hərbi analitik Leonid Nersisyan deyib.
Onun sözlərinə görə, müharibənin ən azı bir neçə il təxirə salınması ciddi nailiyyətdir.
O qeyd edib ki, Rusiya regionda, xüsusən də Azərbaycan üzərində təsir rıçaqlarını itirir. “Əvvəllər Qarabağ məsələsi var idi. Rusiya bundan hər iki tərəfə qarşı istifadə edirdi. İndi isə həmin rıçaq yoxdur”.
Fərda Uğur