backend

RUSİYA –AZƏRBAYCAN TƏRƏFDAŞLIĞI SUAL ALTINDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi barədə Rusiyanın bu addımı çox xoşagəlməz  və tərəfdaş ölkələrə uyğun olmayan bir addımdır. 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi barədə Rusiyanın bu addımı çox xoşagəlməz  və tərəfdaş ölkələrə uyğun olmayan bir addımdır.

Bunu TİA.AZa açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığına zidd hərəkətdir:

“Bu Azərbayacana qarşı bir təzyiq vasitəsidir. Zənnimcə, bununla yanaşı beynəlxalq  hüquq normaları da kobud surətdə pozulub. Nəzərə almalıyıq ki, Rusiyanın daxilində belə bir təşkilatın bağlanmağı, ləğv olunmağı əslində milli və dini azlıqlara qarşı olan çox ciddi təzyiqdir. Eləcə də Rusiyanın beynəlxalq təşkilatlar qarşısında olan öhdəliklərinin kobud surətdə pozulmağı deməkdir. Mənə elə gəlir ki, həm Rusiya Azərbaycanlıları, həm də Azərbaycanın Qeyri-hökumət təşkilatı bütün beynəlxalq təşkilatlara bu faktla bağlı müraciət göndərməlidirlər. Rusiya xoşagəlməz bir addım atmaqla, Azərbaycanla olan münasibətlərinə mənfi təsir göstərəcək”.

İlahə