Rusiya 1990-cı ildə imzalanmış Avropa Adi Qüvvələr Müqaviləsindən (CFE) rəsmən çıxdı.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Rusiyanın gecə yarısı rəsmi olaraq geri çəkilməsi ilə razılaşmanın artıq “tarix” olduğu qeyd edilib.
Qeyd edək ki, Rusiya ABŞ-ın NATO müttəfiqliyini genişləndirərək Soyuq Müharibədən sonrakı təhlükəsizliyi pozduğunu və müqavilə maddələrinin ölkənin milli maraqlarına uyğun gəlmədiyini əsas gətirərək geri çəkilməyə qərar verib.