backend

RUSİYA ABŞ KONFLİKTİ –POLİTOLOQ ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasındaki narazılıq ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub. 

ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasındaki narazılıq ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub.

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.
Qanun layihəsi görünməmiş yekdilliklə – 3 səsə qarşı 419 səslə qəbul olunub.

Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.

İki nəhəng dövlət arasında münasibətlərin kəskinləşməsi görəsən hansı məcraya doğru gedəcək?

Politoloq  Zaur Məmmədov TİA.AZ-a açıqlamasında bildirdi ki, konflikt elə bu istiqamətdə də davam edəcək: “KArib böhranı zamanı tərəflər tet -a -tet mübaribəyə başlaya bilərdilər. Lakin onlar bunu etmədilər. Sonra isə ABŞ Rusiyaya olan münasibətində taktikanı dəyişdi. Yumşaq güc yolu ilə SSRİ-ni çökdürmək qərarına gəlindi. Bu onlara müəssər olundu. İndi də eyni taktikadan istifadə edilir. Digər tərəfdən fikrimcə, ABŞ və Rusiya arasında olan rəqabət hər iki ölkə üçün xeyirdir, onlar heç bir- birinin tam çöküşünü istəməzlər də. Olan bu iki dövlətə deyil, onların bir- biri ilə mübarizə apardığı kiçik ölkələrə olacaq. Ümumiyyətlə, Rusiyaya qarşı sanksiyalar iqtisadi cəhətdən Avropadan tutmuş Çinə qədər bütün dövlətlərə ciddi şəkildə təsir edir”.

İlahə