Rusiya ABŞ-dan diplomatik obyektlərini qaytarmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun bariz düşmən aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

 

Rusiya Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun bariz düşmən aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

 

TİA.AZ-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya XİN ABŞ hakimiyyəti yenidən düşünməyə və təcili Rusiyanın diplomatik obyektlərini qaytarmağa çağırıb.

 

Bəyanatda qeyd edilib ki, əks təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək. 

 

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.

 

Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb – 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.

 

ABŞ, buna cavab olaraq, Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb.