Rusiya ABŞ-a etiraz notası göndərib

Rusiya ABŞ-a etiraz notası göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın diplomatik nümayəndəliklərinin beynəlxalq hüququnun pozulması ilə əlaqədar rəsmi Moskva ABŞ-a etiraz notası göndərib.

TİA.AZ  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının beynəlxalq hüquq normaları kobud şəkildə pozulduğuna görə, Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə müvafiq notanı göndərərək ABŞ Dövlət Departamentinə qətiyyətli etirazını bildirib”, – Rusiya XİN-in saytında yazılıb.