Rusiya 2025 – ci ildə daha üç ölkə – Bəhreyn, İordaniya və Myanmar ilə vizaları ləğv etmək qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin Çoxtərəfli İqtisadi Əməkdaşlıq və Xüsusi Layihələr Departamentinin direktoru Nikita Kondratyev SPİEF-də məlumat verib ki, Myanma ilə vizaların ləğvi haqqında saziş layihəsi demək olar ki, hazırdır və iki ölkə liderlərinin görüşü gözlənilir.
Qeyd olunur ki, İordaniya və Bəhreynlə müqavilələr də inkişaf mərhələsindədir. “Biz şad olacağıq və ümid edirik ki, bütün bu ölkələr üçün 2025-ci ildə sazişlər bağlanacaq”, – Kondratyev bildirib.
O əlavə edib ki, Rusiya üçün Malayziya və Səudiyyə Ərəbistanı ilə vizaların ləğvi prinsipial olaraq vacibdir. Onun sözlərinə görə, bu, bu ölkələrdən turist axınını iki-üç dəfə artıracaq.
ajans