10 min Şimali Koreya hərbçisi hazırda Rusiyanın Uzaq Şərqində təlim keçir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, KXDR hərbçilərinin Ukrayna yaxınlığındakı sərhəd rayonlarına köçürülməsi planlaşdırılır. Bildirilir ki, Rusiya tərəfi koreyalı əsgərlərin hesabına rus qoşunlarının rotasiyasını həyata keçirmək və sərhəddəki qüvvələrini azad edərək, Ukraynaya göndərmək istəyir.