RUS TURİSTLƏRDƏN ŞOK OĞURLUQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyadan Türkiyəyə gələn turist sayı bu il rekord həddə çatıb Belə bir məqamda sürpriz hadisələr də baş verməyə başlayıb. 

 Rusiyadan Türkiyəyə gələn turist sayı bu il rekord həddə çatıb Belə bir məqamda sürpriz hadisələr də baş verməyə başlayıb.

TİA.AZ Türkiyənin “Posta”nəşrinə istinadən bildirir ki, Rusiyanın Surqut şəhərindən istirahət üçün Aralıq Dənizi sahillərinə gələn cavan ərlə arvad, qaldıqları oteldən etdikləri qəribə oğurluq cəhdi Rusiyada  gündəmə çevrilib.

“Fontanka” xəbər saytının bildirdiyinə görə, Rusiyanın Sibir bölgəsi Surqut şəhərindən gələn və Alanyadakı bir oteldə istirahət edən Rüstəm ilə Mariya cütlüyü mehmanxanadan  ayrılacaqları  gün şübhəli olaraq şahidlər qarşısında çamadanları yoxlanan zaman  ortaya çıxan mənzərə hər kəsi şok edib. Belə ki, iki böyük çamadanın içindən 14 rulon tualet kağızı, plastik su şüşələrinə doldurulmuş 5 litr Bayliss likörü,  bir neçə dəsmalla tərlik, 7 kiloya qədər portağal və ən maraqlı otelin bağçasından kökləri ilə qopardılmış çiçəklər tapılıb.

 Oğurluğun ortaya çıxarılması sonra cütlüyün  oğurlamaq istədikləri əşyaların qiyməti 231 dollar təyin edildikdən sonra onların oteldən çıxmasına icazə verildiyi bildirildi.

  Üz qızardan hadisə Rusiyadakı sosial şəbəkələrdə partlayan bomba təsiri yaradbı. Aparılan minlərlə şərhdə “Bu cür adamlar Rusiyanın şərəf və heysiyyətinə  zərbə vurur”, “Özümüzü yenə göstərdik”, “Oteldəki hər şey daxil sistemi hərfi hərfinə tətbiq ediblər” deməsi diqqət çəkib.

İlahə