“RUS SÜLHMƏRAMLILAR  QARABAĞDA HEÇ BİR İŞ GÖRMÜR” – QƏZAYA REAKSİYA

“RUS SÜLHMƏRAMLILAR QARABAĞDA HEÇ BİR İŞ GÖRMÜR” – QƏZAYA REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələri Qarabağda heç bir missiya yerinə yetirmir. Onların mandatı da yoxdur. Ümumiyyətlə, rus hərbi kontingenti bölgədə əhəmiyyətini itirib. Onlar sevinirlər ki, sakit ərazidə xidmət edirlər, Ukrayna müharibəsinə göndərilmirlər”. Bu sözləri hüquq müdafiəçisi Xəzər Teyyublu Tribunainfo.az-a danışıb.

Onun fikrincə, sülhməramlılara ehtiyac yoxdur və hadisələr gözlənilməz şəkildə inkişaf edərək rus qoşunlarının vaxtından tez gedişini sürətləndirib: “Ötən gün rus hərbçilər qəzaya düşüblər, biri ölüb, biz bu xəbərlə xatırladıq ki, onlar Qarabağdadır. Deməli, bu qüvvələrə maraq və diqqət qalmayıb. Halbuki Xankəndidə xunta rejimi olduğu dövrdə sülhməramlıların fəaliyyəti hər gün gündəmdə olardı. Ona görə də Rusiya bilir ki, onun Cənubi Qafqazda hərbi doktrinası lüzumsuzdur, indi iqtisadi doktrina ilə regionda qala bilər”. Qeyd edək ki, Rusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb. Maşının dərəyə aşması nəticəsində 1 rusiyalı hərbi qulluqçunun öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. Yaralılardan birinin vəziyyəti ağırdır.
Onlar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.