“Rus rublu etibarlı valyuta deyil” – Ekspertbackend

“Rus rublu etibarlı valyuta deyil” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neftin, qazın qiymətlərində kəskin sıçrayışlar olmasa rus rublu ucuzlaşacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Ekspert bildirib ki, Rusiya Mərkəzi Bankı sentyabr bəyanatında faiz dərəcələrini 1% artırıb:
“Güman edirlər ki, infliyasiyanı aşağı dartacaqlar. Rusiyada infiliyasiya gözləntiləri artıb. Buna görə də onlar faiz dərəcələrini sərtləşdirirlər ki, infliyasiyanı nəzarət altında saxlasınlar. Mərkəzi Bankların əsas hədəfi infliyasiyadır. Pulun dəyərdən düşməsinin qarşısını almaq üçün faiz dərəcəsini artırırla”.
Xalid Kərimli qeyd edib ki, Rusiyanın gələn il gözləntiləri infliyasiyanın bu ilə nisbətən daha aşağı düşəcəyidir:
“İndi hardasa 7.6%-dir. Onun 4.5%-ə qədər aşağı düşəcəyi ehtimal edilir. Bunu nəzərə alsaq Rusiya rublunun ucuzlaşması zəifləyəcək. Həm də maliyyə şərtlərinin pula çıxışı məhdudlaşdırılar”.
Xalid Kərimli hesab edir ki, Rusiyada infliyasiyanın əsas səbəbi ölkənin daxili bazarında insanların gəlirlərinin artmasıdır:
“Şirkətlərin təlabatı çoxdur. Amma ümumi şəkildə rus rublu qazın, neftin qiymətlərindən asılıdır. Rusiya iqtisadiyyatına sanksiyalar tətbiq edilib. Bu baxımdan, rus rublu o qədər də etibarlı valyuta deyil”.