RUS QAZI TÜRK XƏTTİ İLƏ…PUTİNLƏ ƏRDOĞAN SANKSİYALARI DEŞİRbackend

RUS QAZI TÜRK XƏTTİ İLƏ…PUTİNLƏ ƏRDOĞAN SANKSİYALARI DEŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 4-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya lideri Vladimir Putin bildirib ki, iki ölkə qaz habının yaradılması üçün hüquqi bazanı hazırlayacaq işçi qrup formalaşdıracaq. O qeyd edib ki, işçi qrup qaz habının fəaliyyətini tənzimləyəcək hüquqi bazanı hazırlayacaq. Tribunainfo.az-ın İqtisadiyyat Şöbəsi yazır ki, Rusiya sanksiyaları Türkiyə vasitəsi ilə dəlməyə çalışır. Avropaya qaz tədarükü azalan Rusiya indi hab yaratmaqla bu vəziyyətdən çıxmağa çalışır. İqtisadçılar qeyd edirlər ki, bundan Azərbaycan da fayda görəcək. Xatırladaq ki, Ukraynaya hücumundan sonra Avropa tərəfindən kəskin sanksiyalara məruz qoyulan Rusiya zəngin bir bazarı itirib: 2021-ci ildə Avropanın qaz təminatındakı 45 faizə yaxın payı indi 12 faizin altına düşüb. Gələn ildən isə bu göstəricinin daha aşağı olacağı təhlükəsi böyükdür. Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini tamamilə dayandıracaq.
Rusiyalı ekspertlərin hesablamalarına əsasən, 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr – cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Beləliklə, Türkiyə və Rusiyanın birgə layihəsi həm Putini sanksiyaları xeyli dərəcədə kompensasiya etmək imkanı yaradır, həm regionda yeni imkanlar açır, həm də Türkiyənin nüfuzunu artırır. Qərb isə sanksiya qoyduğu rus qazını türkdən almaqla davam edəcək. Bu isə Ukraynada münaqişəni uzada bilər.