Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1150 rus hərbçisini öldürüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da yayılıb.
Həmin siyahını təqdim edirik:
– Tank – 9 ədəd;
– Zirehli döyüş texnikası – 27 ədəd;
– Artilleriya sistemləri – 53 ədəd;
– MLRS – 1 ədəd;
– Hava hücumundan müdafiə sistemləri – 1 ədəd;
– PUA – 164 ədəd;
– Qanadlı raketlər – 1 ədəd;
– Hərbi nəqliyyat vasitəsi – 121 ədəd;
– Xüsusi texnika – 1 ədəd.