RUS ORDUSU ŞUŞA, AĞDƏRƏ VƏ ƏSGƏRANDAN DA ÇIXDISA, BƏS HARDA QALACAQ?

RUS ORDUSU ŞUŞA, AĞDƏRƏ VƏ ƏSGƏRANDAN DA ÇIXDISA, BƏS HARDA QALACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Şuşa, Ağdərə və Əsgəranda üç postunu bağladı. Tribunainfo.az bildirir ki, bundan sonra onlar yalnız Xankəndidə yerləşəcək. Rus əsgərləri və Azərbaycan polisi Xankəndidə birgə patrul həyata keçirəcək. Bu da sülhməramlı adlı qüvvələrin fəaliyyət dairəsinin kiçilməsi deməkdir. Ardınca onların tamamilə regionu tərk etməsi mümkündür. Onsuz da rus hərbçilərinə lüzum qalmadı. Rusiya lideri də bunu çıxışında təsdiqləyib. Ona görə bir müddət Xankəndiyə toplanacaq rus ordusu mərhələli şəkildə bu ərazidən də çıxmalı olacaq.