Rus işğalçıları yenicə Xerson vilayətinin Kamışanı kəndini vurublar.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə , küçədə olan yerli sakinlər atəşə tutulub.
“71 yaşlı qadın alıb, 55 yaşlı kişi xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilir”, – Prokudin bildirib.
Onun sözlərinə görə, son sutka ərzində düşmən sağ sahil boyu 70-dən çox hücum həyata keçirib, minaatan, artilleriya, tank, “Qradov” və PUA-lardan 356 mərmi atıb.