“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” – Ukraynalı ekspert

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” – Ukraynalı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruslar Dobropolye istiqamətini qorumaqda çətinlik çəkirlər. Ukrayna Baş Qərargahı buraya yüksək döyüş qabiliyyətli hissələrini göndərib. Əgər vəziyyət köklü şəkildə dəyişməsə, yaxın vaxtlarda bu istiqamət tamamilə bağlanacaq və düşmənin bir neçə briqadası mühasirəyə düşəcək”.

Bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

Jiroxov hesab edir ki, Ukrayna Baş Qərargahı hələlik ehtiyat qüvvələri bu bölgəyə göndərmir, çünki Rusiyanın genişmiqyaslı hücumunu Zaporojye və Pokrovsk istiqamətlərində gözləyir. Onun sözlərinə görə, Dnepropetrovsk cəbhəsi hazırda “kölgədə” qalsa da, rus ordusu burada müəyyən taktiki uğurlar əldə edib.

Ekspert həmçinin bildirib ki, Rusiyanın Sumı və Xerson istiqamətlərindən Donetsk vilayətinə əlavə qüvvə göndərməsi yayın sonu və payızın əvvəllərində irəliləyiş cəhdi ilə bağlıdır.

“Hər kəs əsas zərbənin Pokrovsk istiqamətində olacağını gözləyir. Amma ruslar tez-tez gözlənilməz sürprizlər edirlər. Ola bilər ki, nümayiş xarakterli hərəkətlərlə diqqəti yayındıraraq hücumu başqa istiqamətdə başlasınlar”, – deyə o əlavə edib.

Jiroxov sonda qeyd edib ki, hazırda Rusiya ordusunun konkret olaraq hansı istiqamətdə hücuma keçəcəyi bəlli deyil: “Ümumilikdə vəziyyət çox mürəkkəbdir. Sonuncu iri hücumun baş verib-verməyəcəyi və əgər olarsa, hansı istiqamətdə olacağı hələlik aydın deyil”.