Rus mühacir müxalifətçilər: Müharibə ancaq Putin rejiminin süqutu ilə bitə bilərbackend

Rus mühacir müxalifətçilər: Müharibə ancaq Putin rejiminin süqutu ilə bitə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada aparılan təcavüzkar savaşın başlanması ilə birlikdə Rusiya müxalifətinin bir çox tanınmış siması ölkəni tərk edib. Müxalifət nümayəndələrinin fikrincə onların vətənə geri qayıtmasının sadəcə bir yolu var-Rusiyada dəyişikliklərin başlanması və Putin rejiminin süqutu.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı müxaliflər bu barədə Vilnüsdə keçirilən aksiya zamanı danışıblar.

“Rejimin hansısa bir şəkildə dağılması, məsələn, yenidənqurma prosesi başlasa, mən qayıtmağa hazıram”,- deyə politoloq Fyodor Kraşeninnikov bildirib. “Mediazona”nın baş redaktoru Sergey Smirnov da onunla razılaşıb.

Qayıdışın daha tez baş verməsi üçün müxalifət ictimai rəyə təsir göstərməyə və dəyişiklikləri baş verməsinə çalışır. Mühacir siyasətçi Vladimir Milov bu dəyişiklikləri gördüyünü deyib.

“Mən Rusiya xəbərləri ilə yaşayıram, insanların əhval-ruhiyyəsində dəyişikliklər görürəm, çünki hər gün sosial şəbəkələrdə dəfn mərasimlərindən danışılır”, – deyə fəal Anastasiya Şevçenko bildirib.

Müxalifətçilər müharibənin bitməsinə dair heç bir əlamət görmürlər.

Fyodor Kraşennenikova görə, danışıqlar yalnız Putin üçün sərfəlidir və döyüşlər ən azı daha bir il davam edəcək.

“Aydındır ki, Putinin savaşı aparmağa çoxlu resursu var, üstəlik o, olduqca inadkardır və məğlubiyyətini etiraf etməyə hazır deyil və nəyin bahasına olursa olsun bu müharibəni davam etdirmək istəyir”, – Vladimir Milov hesab edir.

Siyasətçi Oleq Stepanov isə əmindir ki, Ukraynada müharibə ancaq Putinin süqutu ilə başa çatacaq. “Əgər Minsk razılaşması kimi “sülh” əldə olunsa, Putin yenidən hücuma keçəcək, çünki Putin müharibə deməkdir”, – deyə Stepanov bildirib.