“Vaqner” özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Rus Könüllülər Korpusunun (RKK) döyüşçüləri Ukrayna tərəfinə keçmək üçün müharibə cinayətləri törətməyən “vaqnerçi”lərə müraciət ediblər.
Tribunainfo.az xəbər verir ki, müvafiq videomüraciət 24 avqust gecə saatlarında RRK-nın Telegram kanalında yayımlanıb.
“Görünür, dünən sizin komandirləriniz və qurucu atanız həyasızlıqla edam edilib. Onların Rusiya Federasiyasında ən yüksək hakimiyyət eşelonunun nümayəndələrinin əmri ilə öldürülməsi faktı hər kəsə aydındır”, – RKK-nın bəyanatında deyilir.
RKK üzvləri bildiriblər ki, indi “vaqnerçi”lərin “çətin, lakin kifayət qədər məntiqli seçimi var”.
“Ya komandirlərinizin qatilləri olan Rusiya Müdafiə Nazirliyinin xidmətinə keçin, ya da öz şərəfinizi qoruyub Ukraynaya keçməklə onların cəlladlarından qisas alın”, – müraciətdə bildirilir.
RKK Ukrayna ərazisində müharibə cinayətləri törətməyən “vaqnerçi”lərə RKK sıralarına qoşulmağı “və ilk olaraq “xüsusi hərbi əməliyyat” adlandırılan bu qanlı ətçəkən maşınını bitirməyi və sonradan Moskva Dairəvi Yolundan 200 km-də dayanmamaq və sona qədər getmək şərti ilə yenidən Moskvaya yürüş etməyi təklif ediblər.
“Sizin könüllü olaraq Ukrayna tərəfinə keçəcəyiniz halda, Ukrayna Silahlı Qüvvələri və Ukrayna Müdafiə Nazirliyi sizə təhlükəsizliyinizə və layiqli şəraitə zəmanət verir”, – deyə RKK-dan vurğulanıb.