RUS KOMANDİRDƏN KİMYƏVİ MADDƏ İDDİASI – “ABŞ TƏXRİBAT YARADIR”backend

RUS KOMANDİRDƏN KİMYƏVİ MADDƏ İDDİASI – “ABŞ TƏXRİBAT YARADIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov ABŞ-ı “zəhərli kimyəvi maddələrdən” istifadə etməkdə ittiham edib.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Kirillov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında ABŞ-ın Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.

Amerikanın nüfuzlu qeyri-hökumət təşkilatının fevralın 22-də Ukraynada baş verənlərlə bağlı konfrans keçirdiyini xatırladan Kirillov, bu konfransda ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivanın çıxış etdiyinə diqqət çəkib.

“Sullivan burada Rusiya qüvvələrinin xüsusi hərbi əməliyyatlar zonasında kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə bəyanat verib. Biz bu məlumatı ABŞ və onun əlaltılarının Ukraynada zəhərli kimyəvi maddələrdən istifadə etməklə təxribat törətmək niyyəti kimi qiymətləndiririk. “, – Kirillov bildirib.