Bu gecə Kursk vilayətinin Rılsk şəhəri yaxınlığında Rusiya hərbi karvanı darmadağın edilib. Videoda çoxlu əsgər meyitləri görünür. Bunlar irəliləyən Ukrayna ordusunun qarşısını almağa göndərilən qüvvədir. Bundan əlavə, Lipetsk hərbi aerodromuna uğurlu dron hücumu həyata keçirilib, nəticədə aviabombaların saxlanıldığı böyük sursat anbarı partladılıb. Partlayış o qədər güclü olub ki, ətraf 4 kəndin sakinləri köçürülüb. Hərbi təyyarələrin zərər çəkib-çəkmədiyi hələ ki məlum deyil. Bu, peyk fotoları ilə ortaya çıxacaq.
Tribunainfo.az xəbər verir ki, bu haqda danışan siyasi ekspert Şahin Cəfərli bildirib ki, Ukrayna nəhəng düşmənə qarşı məhdud imkanlarla böyük işlər görür:
“Avqustun 3-də Rostov vilayətindəki Morozovsk aviabazasına dron hücumu nəticəsində böyük sursat anbarı partladılmış, 1 ədəd Su-34 məhv edilmiş, 2 təyyarə zədə almışdı.
Baydenin müşaviri Sallivanın ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirmə qadağasının davam etdiyi bir şəraitdə Ukrayna nəhəng düşmənə qarşı məhdud imkanlarla böyük işlər görür”.
Nigar