Rus hərbçi müharibəyə getməkdən imtina etdi – Həbs olundubackend

Rus hərbçi müharibəyə getməkdən imtina etdi – Həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina edən hərbçi Mixail Demini 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 Tribunainfo.az xəbər verir ki, Trans-Baykal diyarının Borzinski qarnizonu hərbi məhkəməsi belə bir hökm çıxarıb.

Rusiyalı hərbçi üzrlü səbəb olmadan hərbi hissə komandirinin əmri ilə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün ezamiyyətə getməkdən imtina edib.

Demin cəzasını cəzaçəkmə müəssisəsində çəkəcək. Lakin hökm hələ də qanuni qüvvəyə minməyib.

Xatırladaq ki, Tomsk Qarnizonu Hərbi Məhkəməsi hərbçi Kirill Kurolenkoya sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə hökm çıxarmışdı.