Rus gözəli Svetlana Arda üçün görün nə etdi – Foto

Rus gözəli Svetlana Arda üçün görün nə etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk futbolçusu Arda Güləri izləmək üçün rus model Madridə gedib. 19 yaşlı Svetlana Alekseyava Gülərin oynaya bilmədiyi matçdan sonra ad günü üçün xüsusi paylaşım edib.
Tribunainfo.az bildirir ki, İspaniya La Liqasının 26-cı həftəsində Real Madrid Santiaqo Bernebauda Sevillanı qəbul edib. Meydan sahibləri Luka Modriçin qolu ilə meydanı 1:0 hesablı qələbə ilə tərk edərkən, Arda Gülər gecəyə damğasını vurub.
Zədəsini sağaldıqdan sonra oyuna vaxt ayırmağa başlayan və ötən gün ad gününü qeyd edən Arda Gülər əvəzedicidə başladığı Sevilla matçında əvəzlənmək üçün kənara çıxıb.
Gülər oyunun 78-ci dəqiqəsində oyuna girməyə hazırlaşarkən xorvatiyalı ulduz Luka Modriç səhnəyə çıxaraq komandasını 1-0 önə keçirib. Qoldan sonra baş məşqçi Karlo Ançelotti oyunçuları əvəzləməkdən vaz keçdi.
Qarşılaşmanı tribunadan izləyənlər arasında rusiyalı TikToker, Real Madrid və Kriştiano Ronaldoya heyranlığı ilə tanınan Svetlena Alekseeva da var idi. Arda Gülərlə daha əvvəl çəkildiyi “Çay varmı?” videosu ilə çox danışılan Alekseyeva oynaya bilməsə də, Gülərin ad günü üçün xüsusi paylaşım edib.
Gülərin oyuna girə bilməməsindən kədərləndiyini bildirən Alekseeva paylaşımında bu qeydi yazıb: “Arda Gülərin ad günündə onu izləmək üçün Santiaqo Bernabeuya getdim, amma oynamadı. Ən azından Real Madrid matçı qazandı”.