Ukrayna dronlarının hücumundan sonra Soçidə yanmağa başlayan neft bazasının fonunda selfi çəkən rusiyalı gənclərin görüntüləri sosial şəbəkələrdə yayılıb və cəmiyyətdə rezonans doğurub.
Tribunainfo.az xəbər verir ki, videoda iki qız və bir oğlan gülərək, yanan obyektin qarşısında “kontent” çəkir, selfilər edir və hadisəyə ironiya ilə yanaşırlar. Görüntülərin yayılmasından dərhal sonra Rusiya Dövlət Dumasının deputatı Yelena Mizulina onların davranışını açıq şəkildə pisləyib.
Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçib. Kremlə bağlı polis qüvvələri gəncləri taparaq, onlara kamera qarşısında üzr istətdirib. Onlar bildirib ki, hadisə vaxtı “sərxoş” olublar və etdiklərinə görə peşmandırlar.