Rus əsgərləri arasında fərarilik artırbackend

Rus əsgərləri arasında fərarilik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada vuruşan əsgərləri arasında yayılan fərarilik və itaətsizlikdən əziyyət çəkir. Müqavimət hərəkatı rusların işğal olunmuş ərazilər üzərində inzibati nəzarəti gücləndirməsinə mane olur. Ukrayna partizanları işğalçıları və onlarla əməkdaşlıq edənləri uğurla zərərsizləşdirir.

TİA.AZ xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatında deyilir.

Analitiklər qeyd edirlər ki, Rusiyayönümlü “Telegram” kanallarında Rusiya Federasiyasının 49-cu Əlahiddə Ümumqoşun Ordusunun 205-ci motoatıcı briqadasının 300 hərbçisi haqqında məlumatın əks olunduğu reklam lövhəsinin şəkli dərc olunub. Qeyd olunub ki, bu hərbçilərin hamısı Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina ediblər.